AZ

İnzaqi “Bayer”ə məğlubiyyətə ayınlıq gətirdi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının Liqa mərhələsinin “Bayer”lə 6-cı tur səfər oyununu (0:1) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz hücumda kifayət qədər yaxşı deyildik. Bu səviyyəli rəqibi məğlub edəcək qədər yaxşı oynamadıq. Amma məqsədimiz dəyişməz olaraq qalır – birbaşa ələmə mərhələsinə düşmək, yəni ümumi mərhələni ilk səkkizlikdə bitirmək. Və bu, hələ də tamamilə yerinə yetiriləbiləndir.

“Bayer” yüksək sürətlə əla oynadı. Aydındır ki, belə rəqiblə qarşılaşmada qapınızın yaxınlığında təhlükəli məqamlardan qurtulmaq mümkün deyil. Amma əlbəttə, təəssüf ki, oyunun lap sonunda qol buraxdıq”, deyə Simone İnzaqi vurğulayıb.

Xatırladaq ki, “əczaçılar”ın yeganə qolunu Leverkuzen klubunun PSJ-dən icarəyə götürdüyü fransalı sağ cinah müdafiəçisi Nordi Mukiele 90-cı dəqiqədə vurub.

6 oyundan 13 xalla “İnter” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. “Bayer” isə 13 xalla 2-ci pillədədir.

Seçilən
12
arena.az

1Mənbələr