Bakıda pişiyinin təmizlənməsi üçün "Univet" klinikasına müraciət edən vətəndaş qeyri-adi halla rastlaşıb.
Bu barədə "Unikal"a pişiyin sahibi Nigar Hüseynova məlumat verib. O bildirib ki, pişiyi "Univet" klinikasına onun təmizlənməsi üçün göndərib:
"Pişiyi mənə geri qaytardıqları zaman onun başında böyük yaranın meydana gəldiyini gördüm. Həmçinin, pişiyin çənəsi və qulaqları da çirk içərisində idi. Qeyd edim ki, həmin klinaya göndərməzdən əvvəl pişiyin heç bir problemi yox idi.
Beləliklə, "Univet" klinikasında pişiklərə heç bir qulluq olunmur. Mənim pişiyimi 1 sutka saxladılar və ölümcül halda geri qaytardılar. Klinikanın müdiriyyəti isə məsələdən boyun qaçırır", - deyə şikayətçi qeyd edib.
Seymur Əli