Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə cari il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bakı şəhəri üzrə:
1. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (Binə qəsəbəsi);
2. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci km-də (Şağan qəsəbəsi);
3. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi);
4. Bakı Olimpiya Stadionu ilə onun şimal-şərq hissəsində yerləşən Böyükşor bulvarı kənarından keçən avtomobil yolu üzərində;
5. Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində;
6. Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
1. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də;
2. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də
3. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci km-də;
4. M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci km-də;
5. M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 35,6-cı km-də.
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə bir-neçə ərazidə isə piyda keçidlərinin inşası davam etdirilərək yekunlaşdırılır:
1. M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də;
2. M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci km-də (Sabirabad rayonu ərazisində);
3. R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində).