AZ

İstefa təhlükəsi ilə üzləşən Santuşdan xəbər var

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bir müddətdir yenidən Bakıdadır.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis işinin başına qayıtdıqdan sonra yerli liqaların oyunlarını izləməyə başlayıb. Adətən, biz 70 yaşlı mütəxəssisi Misli Premyer Liqasının matçlarında görürdük. Bu dəfə isə o, 1-ci liqanın matçını da sihahıya əlavə edib.

70 yaşlı mütəxəssis bu gün keçirilən 9-cu turun "Baku Sportinq" - "Difai" matçına canlı baxmaq üçün Buzovna qəsəbəsi stadionundadır. 

8 turdan sonra "Baku Sportinq" 13 xalla 5-ci, "Difai" isə 5 xalla 9-cu yeri tutur. 1-ci liqada 10 komanda yarışır.

Xatırladaq ki, son günlər AFFA İcraiyyə Komitısinin növbəti iclasında Fernandu Santuşun istefaya göndəriləcəyinə dair xəbərlər yayılıb.


Telegram kanalımız
Seçilən
4
3
yenisabah.az

5Mənbələr