AZ

''Beşiktaş''da prezidentliyə daha bir namizəd

Xəbər verdiyimiz kimi ''Beşiktaş''da dekabrın 19-da növbədənkənar prezident seçkiləri keçiriləcək.

Başqan Hasan Aratın istefasından sonra Hüseyin Yücəl onun yerini tutsa da, camiənin dəstəyini qazanmaq üçün növbədənkənar seçkilərə getmək qərarına gəlmişdi. Dünən Yücəldən başqa daha bir nəfər namizədliyini irəli sürdü. Söhbət Sərdar Adalıdan gedir. O, dekabrın 13-də keçirəcəyi mətbuat konfransında layihələri, planları və idarə heyətində yer alacaq isimlər barədə məlumat verəcək. Adalı camiəyə gözəl tanışdı. 60 yaşlı iş adamı hazırda Türkiyə Jokey Klubunun prezidentidi. O, 2009-12-ci illərdə klubda vitse-prezident, eləcə də futbol şöbəsinin sədri, 2018-19-cu illərdə isə ikinci başqan vəzifəsini icra edib.

Yeri gəlmişkən, Adalı ötən il də dekabrda keçirilən növbədənkənar seçkilərdə iştirak etmiş və Hasan Arata məğlub olmuşdu.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr