2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən 104,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz təşkil edib.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.