AzVision.az xəbər verir ki, ölkənin lider mobil operatoruISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib
ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə tanınan yeganə standartdır və 2016-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmışdır. Sertifikat Azercell-in antikorrupsiya fəaliyyətinə və şəffaflığın təmin edilməsinə yetirdiyi diqqəti, korrupsiyaya qarşı mübarizədə yerli qanunlara, beynəlxalq standartlara, habelə qabaqcıltəcrübələrə sadiqliyini təsdiq edir. Eyni zamanda, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərən Azercell, tərəfdaşları ilə şəffaf və etibarlı işgüzar münasibətlər qurmaqla biznes etikası mədəniyyətinin inkişafına datöhfəsini verir.
Qeyd edək ki, 2020-ci ildən etibarən ISO 37001 standartına uyğunluq sertifikatına sahib olan Azercell, həmçinin yerli telekommunikasiya bazarında bu sertifikatlaşmadan uğurla keçən ilk şirkətdir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta