AZ

Kənd sakinləri: Meyvə ağaclarını da kəsib yandırmışıq... - Video

Ağdaşın Qumlax kənd sakinləri 30 ildir mavi yanacağa həsrət qalıblar.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-yə kənd sakinləri bildirib.

Onların sözlərinə görə, kənddə 80-ə yaxın ailə qazla təmin olunsa da, təxminən 70 ailə illərdir ki, mavi yanacağa həsrət qalıb.

"Meyvə ağaclarını da kəsib yandırmışıq. Odun tapmırıq. Uşaqları ac-susuz məktəbə yola salırıq. Soyuqdan qırılıb batırıq", - sakinlər narazılıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, bölgələrdə qazlaşma işləri növbəli şəkildə həyata keçirilir. Adıçəkilən Qumlax kəndində də bu proses növbəti mərhələdə icra olunacaq.

Seçilən
24
2
axar.az

3Mənbələr