“Hərbi bazalara gəlincə, bu, Suriya dövlətinin suveren qərarıdır. Bu məsələ mütləq Suriya xalqının mənfəətləri və maraqları, eləcə də Rusiyanın maraqları baxımından nəzərdən keçiriləcək”,- Məhəmməd Alluş vurğulayıb.
Dekabrın 9-da bəzi media qurumları Suriya silahlı müxalifətinin Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Latakiya əyalətinə tam nəzarət etdiyi barədə xəbər yaydılar.
Vilayətdəki mənbənin məlumatına görə, müxalifət Suriya prezidenti Bəşər Əsədin devrilməsini elan edən zaman silahlı qruplar Tartus və Cebla ərazilərinə daxil olub. Lakin müxalifət nümayəndələrinin Rusiyanın Tartus və Xmeymimdəki bazalarına müdaxilə etmədikləri bildirilib.
Rusiya Suriyada hərbi iştirakını saxlamağa çalışır |
Xatırladaq ki, Rusiyanın Suriyada iki hərbi obyekti var - Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı logistika mərkəzi və Latakiyadan təxminən 20 km cənub-şərqdə yerləşən Xmeymim Aerokosmik Qüvvələri bazası.
Tartusdakı baza SSRİ dövründə 1971-ci ildə ikitərəfli razılaşma əsasında təsis olunub. Rusiya Aerokosmik Qüvvələrinin Xmeymimdəki aviasiya qrupu isə 2015-ci il sentyabrın 30-da İŞİD terror təşkilatı ilə mübarizədə Suriya ordusuna dəstək məqsədilə hərbi əməliyyat keçirmək üçün yaradılıb.
Bilavasitə Vaşinqtonun siyasi protektoratlığı altında formalaşdırılacaq Suriyanın yeni hakimiyyət orqanlarının Rusiyanın hərbi bazalarının bu ölkədə iştirakına xitam verilməsi barədə qərar çıxaracağı şübhə doğurmur. Bu isə nəinki Moskvanın Yaxın Şərqdə mövqelərinin zəifləməsi, habelə Rusiyanın Aralıq dənizində mövcudluğuna son qoyulması deməkdir.
Sahil İsgəndərov
AzVision.az