AZ

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri və Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə M.Cabbarov "X" hesabında paylaşım edib.

"Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşməkdən məmnun olduq. Azərbaycanda güləşin inkişafı üçün görülən işləri qeyd etdik, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı əməkdaşlığın inkişafını müzakirə etdik. Dünya Güləş Birliyinin qrapplinq, pankration və həvəskar MMA üzrə yeni yaradılan vahid komitəsinin rəhbərliyində Azərbaycan Güləş Federasiyasının təmsil olunmasının ölkəmizin güləş idmanına göstərilən yüksək etimadın göstəricisi olduğunu vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

 

Seçilən
24
19
moderator.az

10Mənbələr