"Ukrayna Rusiya ilə danışıqlara hazırdır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müşaviri Mixail Podolyak "Kanal 24"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev Moskva ilə danışıqlar prosesinə başlamağa hazırdır. Bununla belə, o qeyd edib ki, sadə bir həll yolunu gözləmək lazım deyil.
"Ukraynaya ədalətli sülh şərtləri lazımdır", - deyə Podolyak qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov Rusiyanın Vladimir Putinin irəli sürdüyü şərtlər əsasında Ukrayna ilə danışıqlara hazır olduğunu bildirmişdi.
Həmçinin, dekabrın 8-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Putindən Ukrayna probleminin həlli ilə bağlı işə başlamağı xahiş edib. Onun fikrincə, Çin bu işdə kömək edə bilər.