"Football-plus.az" xəbər verir ki, bunu "Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında "Qarabağ"a qarşı qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. 32 yaşlı mütəxəssis onları çətin oyunun gözlədiyini bildirib:
"Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadı. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var. Şanlarımızı yüksək qiymətləndirirəm. Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki. bizim üçün uğurlu olacaq".