AZ

Dəməşqdə komendant saatı ləğv edildi

Suriyada hakimiyyətə gələn müxalifət Dəməşqdə komendant saatının ləğv edildiyini açıqlayıb.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Hərbi Əməliyyatlar İdarəsinin teleqram kanalı bəyanat yayıb.

“Hörmətli Dəməşq şəhərinin və eyniadlı vilayətin sakinləri, nəzərinizə çatdırırıq ki, hərbi əməliyyatlar idarəsi şəhərdə komendant saatını ləğv edib”, - məlumatda bildirilib.

“Vətəndaşlarımızı işlərinə və qurumlarına qayıtmağa, yeni Suriyanın qurulmasında bizə qoşulmağa çağırırıq”, - İdarənin bəyanatında deyilir.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər. Daha sonra şəhərdə komendant saatı tətbiq olunub.

Seçilən
4
11
olke.az

10Mənbələr