FIFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.
Bu barədə qərar FIFA-nın Növbədənkənar Konqresində qəbul edilib.
Əvvəlcədən məlum olduğu kimi, 2030-ci ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib.
2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması qərarı qəbul edilib. 2030-cu ildə mundiallar tarixinin 100 illik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.
Xatırladaq ki, 2026-cı ilin dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta