Dekabrın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfər edib.
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub.
Ə.Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.