AZ

"Neftçi" ilə oyundakı qalmaqalla bağlı növbəti bəyanat

"Sumqayıt"ın iki azarkeş qrupu eyni anda bəyanat yayıb.

Söhbət "Kimyaçılar" və "Sumqayıt Ultras" azarkeş qrupularından gedir.

Sportinfo.az xəbər verir ki, "Neftçi" ilə matçda "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına təhqirlər səsləndirən hər iki qrup məsələyə aydınlıq gətirib.

Onlar bu şüarları öz istəkləri ilə səslənsirdiklərini bildirib:

"Klub tərəfindən Samir Abasova qarşı hər hansı təklif və ya fikir bildirilməyi barədə bizə heç bir söz deyilməyib. Anlamayanlar üçün bir daha vurğulayırıq ki, "Ultras Sumqayıt" azad azarkeş qrupudur və nə kiminsə göstərişi, nə də tapşırığı əsasında fəaliyyət göstərir".

Xatırladaq ki, daha əvvəl "Sumqayıt Ultras" azarkeş qrupu səsləndirdikləri şüarlara görə Samir Abasovdan üzr istəmişdi.

Seçilən
23
sportinfo.az

1Mənbələr