Xəbər verdiyimiz kimi Polşanın “Enter Air” çarter aviaşirkətinin təyyarəsi dekabrın 11-i İrəvan hava limanından havaya qalxaraq Bakıya doğru yola düşüb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, saat 17:00-da İrəvandan Bakıya uçan "Enter Air" aviaşirkətinin göyərtəsində çox güman ki, NATO Müdafiə Kollecinin kursantları olub.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi kollecin rəhbəri general-leytenant Maks Nilsenin rəhbərlik etdiyi nümayəndə heyətinin dekabrın 10-11-də Ermənistanda səfərdə olduğunu qeyd edib.
Nümayəndə heyətinin İrəvanda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurasının nümayəndələri ilə görüşləri keçirilib.
“Enter Air”in çarter reysi dekabrın 9-da kollecin yerləşdiyi Romadan İrəvana gəlib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta