AZ

Türkiyədə turist yoldaşını girov götürdü

İstanbulda qeyri-adi və narahatedici hadisə baş verib. Belə ki, span turist öz yoldaşını girov götürüb.


Sfera.az xəbər verir ki, hadisə Fatih ərazisində yerləşən restoranda baş verib. Yerli mətbuatın məlumatına görə, SBS-nin baş hərfləri olan 21 yaşlı İspaniya vətəndaşı EGF kimi tanınan 33 yaşlı qadın yoldaşını girov saxlayırmış. Tezliklə hadisə yerinə gələn polislər kişini girovu buraxmağa razı sala biliblər.

Qadın sərbəst buraxıldıqdan sonra hücum edən şəxs saxlanılıb.
 

İlkin araşdırma gəncin psixi pozğunluqdan əziyyət çəkdiyini göstərib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib.
Gəncə psixi pozğunluq diaqnozu qoyulub və onun aqressiv davranışına səbəb təyin olunmuş dərmanları qəbul etməməkdən yaranan halüsinasiyalar olub.


Türkiyə hüquq-mühafizə orqanları ispaniyalını adam oğurluğu və hədələməkdə ittiham edib. Hazırda hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.

 

Aynil

Seçilən
39
sfera.az

1Mənbələr