AZ

Qurban Qurbanov: “Elfsborq”a qalib gəlmək gücündəyik”

"Hər iki komanda üçün vacib oyundur. Aramızda xal fərqi azdır. Rəqibin baş məşqçisinin açıqlamalarını oxumuşam".

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında "Elfsborq"la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 6-cı tur çərçivəsində bu gün təşkil olunacaq qarşılaşmada 3 xal qazanmaq gücündə olduqlarını bildirib:

"Hiss olunur ki, çox ciddi hazırlaşırlar və səbrsizliklə bu oyunu gözləyirlər. Bizə daha çox güc sərf etmək lazım olacaq. Səliqəli oynamaq çox vacibdir. Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək. Matça tam olmasa da, hazırıq. Əvvəldə qeyd etdiyim kimi, çox vacib oyundur. 3 xal qazanacaq gücdəyik. 

Futbol elə səviyyəyə gəlib çıxıb ki, istənilən komanda rəqibindən 3 xal ala bilər. Qarşımızda intizamlı rəqib olacaq. Düşüncələrimiz tam həyata keçsə, "Elfsborq"a qalib gəlmək gücündəyik. Diqqətli və intizamlı oynayıb bunu əldə edə bilərik. Bu güc bizdə var. Amma digər nəticələri də gözə almalıyıq".

Qurban Qurbanov müdafiə xəttində problemlər olduğunu vurğulayıb:

"Bəzi itkilərimiz var, ələlxüsus da müdafiə xəttində. Kevin Medina, Bəhlul Mustafazadə yoxdur. Bu, görünən tərəfidir. Bundan başqa bəzi oyunçuların mikro zədələri var. Bu, bizi narahat edir. 
 

Hələ ki, vaxtımız var. Həkimlərlə məsləhətləşəndən sonra qərarımızı verəcəyik. Meydança amili də var. Süni örtük həmin zədələrə mənfi təsir edə bilər. Təcrübəli oyunçulara sahibik. Həmin mövqelərdə düzgün addımlar atmağa çalışacağıq".


Qeyd edək ki, "Boras Arena"da keçiriləcək "Elfsborq" - "Qarabağ" matçının start fiti bu gün saat 00:00-da veriləcək.

Bizim.Media

Seçilən
23
7
bizim.media

8Mənbələr