Macarıstan Baş naziri Viktor Orban Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində baş nazirin nümayəndəsi Zoltan Kovaç paylaşım edib.
O qeyd edib ki, Orban bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
“Görüşdə Ukrayna və Yaxın Şərqdəki münaqişələr, sülh perspektivləri və Türkiyə-Macarıstan münasibətləri müzakirə olunacaq”, - məlumatda bildirilib.