AZ

Müştəri mağazada pul yerinə qumbara çıxarıb özünü öldürdü

Ukraynanın Nikopol şəhərində ərzaq mağazasında partlayış baş verib.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, nəticədə bir kişi ölüb, bir qadın isə yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, kişi mağazaya daxil olaraq məhsul seçib. Lakin o, kassada ödəniş edərkən cibindən qumbara çıxarıb. Dərhal partlayış baş verib. Kişi hadisə yerində ölüb.

Satıcı qadın yüngül xəsarətlər alıb. O, tibb müəssisəsinə aparılıb.

Polis əməkdaşları və tibb işçiləri hadisə yerinə gəliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Onlar hadisənin baş vermə şəraitini, həmçinin qumbaranın mənşəyini və kişinin hərəkətinin motivlərini müəyyənləşdirirlər.

Seçilən
37
olke.az

1Mənbələr