AZ

Göyçayda Şirvan suvarma kanalı yarılıb, su kənd ərazisinə axıb

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi yarılıb.

Oxu.Az "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında Lək kəndi ərazisində baş verib.

Suvarma kanalının torpaq qatı 3-4 metr yarılıb, su kəndə doğru axmağa başlayıb. Əraziyə Şirvan suvarma kanalının canlı qüvvəsi və ağır texnikası cəlb edilib.

Hazırda kanalın yarılan hissəsinin bərpası işləri görülür. Əraziyə polis əməkdaşları cəlb olunublar, təhlükəsizlik tədbirləri görülüb.

Fəsadın aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.

Mənbə: oxu.az

Seçilən
11
7
oxu.az

10Mənbələr