Bakı. Trend:
Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış QayıdışKonsepsiyası UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV QlobalForumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib.
Qərbi Azərbaycan İcmasından Trend-ə verilən məlumata görə, dekabrın 9-11-dəİspaniyanın Barselona şəhərində UNESCO-nun İrqçiliyə vəAyrıseçkiliyə qarşı IV Qlobal Forumunda Azərbaycanı QərbiAzərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahətİbrahimqızı təmsil edib.
Məlahət İbrahimqızı “Qadın Liderliyi: Gender əsaslı dayanıqlıcəmiyyətlər naminə” adlı sessiyada “Dayanıqlı və tolerantcəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi”mövzusunda çıxış edib. Deputat qadın hüquqlarının müdafiəsisahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti, mövcudhüquqi çərçivə, qadınların sosial-iqtisadi layihələrdə iştirakı,qadın sahibkarlığının inkişaf etdirilməsi barədə məlumat verib.
Deputat, həmçinin, sessiya iştirakçılarına 1987-91-ci illərdəErmənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz minazərbaycanlıya, eləcə də, qaçqın Azərbaycan qadınlarına beynəlxalqtəşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibətgöstərildiyini qeyd edib.
M.İbrahimqızı Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətlişəkildə qayıdışının vacibliyini vurğulayaraq, qaçqın qadınlarınreinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə QərbiAzərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçirilməsindəUNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığınaböyük ehtiyacın olduğunu bildirib.
İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Forum çərçivəsində deputatMəlahət İbrahimqızı UNESCO-nun yüksək vəzifəli rəsmiləri də daxilolmaqla, bir sıra ikitərəfli görüşlər keçirmiş və onlara QərbiAzərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyasınıtəqdim edib.