AZ

Əgər Rusiya-Ukrayna arasında indi atəşkəs olsa... - Milyardlarla vəsait lazımdır ki...

"Rusiya-Ukrayna savaşında taktiki üstünlük Rusiya tərəfindədir. Bunu Ukrayna da qəbul edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Ukraynanın 20 faizə yaxın torpaqları işğal altındadır:

"Nə qəribədir ki, Rusiya hansı münaqişədə iştirak edirsə, həmin ölkənin ərazilərinin 20 faizi işğal altına düşür. Gürcüstanda vəziyyət belədir. Vaxtı ilə Azərbaycanın da 20 faiz torpağı erməni işğalçılarında idi”.

Müsahibimizə görə, Ukraynanın indiki vəziyyətini analiz etsək, hansı ölkənin hara qədər gedə biləcəyini müqayisə etsək daha doğru olar:

“Strateji olaraq Rusiya dağıdılmış 20 faiz torpaq qazanır. Əgər Rusiya-Ukrayna arasında indi atəşkəs olsa, müharibə dayansa, Qərb də, Ukrayna da torpaq itkisi ilə barışmayacaq”.

“Amma atəşkəs davam etdirilə bilər” deyən N.Cəfərliyə görə,  Rusiya isə təqribən 108 min kv. km.lik bir ərazi xarabalıq əldə etmiş olur. Milyardlarla vəsait lazımdır ki, həmin yerlər bərpa olunsun:

“Rusiyanın belə vəsaiti olacaqmı? Sanki Rusiyanın boğazından böyük bir "dəyirman daşı" asılır. İqtisadi çətinliklər bir yana, əlavə olaraq həmin bölgələrin də yenidən qurulması zərurəti yaranır. Təkcə Mariopul şəhərinin yenidənqurma işlərinə 160 milyard rubl pul xərclənib, amma hələ şəhərin üçdə birini bərpa edə bilməyiblər”.


Natiq Cəfərli: Sanki Rusiyanın boğazından böyük bir "dəyirman daşı" asılır

Həmsöhbətimizin fikrincə, Rusiyanın strateji qələbəsi o olardı ki, Ukraynada rejim dəyişikliyi baş verərdi və rusyönlü hakimiyyət başa gələrdi:

“Ancaq bu da mümkün deyil. Ukraynanın da qələbəsi 1991-ci il sərhədlərinə çıxmaq olardı".

Aydın Baxış

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr