Avropa İttifaqı Polşaya Rusiya Federasiyası və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb. Bu barədə Polşa baş nazirinin ofisi məlumat yayıb.
Məlumatda deyilir: "Polşa Aİ sərhədlərinin mühafizəsi üçün 52 milyon avro alacaq. Bu vəsait "elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına "sərf olunacaq".
Dekabrın 11-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Finlandiya, Polşa və Baltikyanı ölkələrə xarici sərhədlərini Rusiya və Belarusdan “qorumaq” üçün 170 milyon avro ayrıldığını elan edib.
Oxuməni.az