Çin sədrinin dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.
Bakıvaxtı.az "CBS News"a istinadən xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin sədri Si Cinpini 2025-ci il yanvarın 20-də Amerika paytaxtında keçiriləcək andiçmə mərasiminə dəvət edib.
Çinin Vaşinqtondakı səfirliyi hələlik Trampın dəvətinə cavab verməyib.
Qeyd edək ki, andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək rütbəli nümayəndəsinin iştirak edə biləcəyi gözlənilir.
Gülşən Şərif