AZ

Buzlaqların əriməsi iki ölkənin dövlət sərhədini dəyişib

Buzlaqların

İtaliya ilə İsveçrə arasında dövlət sərhədi Alp dağlarında yerləşən buzlaqların əriməsi səbəbindən öz yerini dəyişib. Belə bir qənaətə Kolumbiya Universitetinin əməkdaşı olan amerikalı alimlər gəliblər.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, ən yüksək Alp zirvələrindən hesab edilən Matterhorndakı böyük buzlaqlar artıq əriməyə başlayıb. Bu buz dağlarının bir hissəsi uzun onilliklər ərzində hər iki ölkə arasında təbii sərhədə çevrilsə də, son illər qlobal istiləşmə səbəbindən tədricən İtaliya istiqamətində sürüşüb.

Alimlər bildiriblər ki, hər iki ölkə vətəndaşlarını daha çox ərazi problemi yox, əbədi buzlaqların əriməsi və qar örtüyünün itməsi narahat edir.

Qeyd olunur ki, təbii proseslər dağlıq ərazilərdə yaşayan əhalini böyük təhlükə qarşısında qoymaqla, istənilən vaxt sürüşmələrə də səbəb olur.

Oqtay QORÇU

Seçilən
50
reyting.az

1Mənbələr