Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin baralyefi önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.
Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.