“Son vaxtlar İran mediasının Azərbaycanı hədəfə alması ölkəmizin uğurlarından narahat olan güclərin apardığı qərəzli siyasətin davamıdır. Eləcə də SEPAH-ın “Zəngəzur bizim canımızın bir parçasıdır” -deyə verdiyi açıqlama qonşuluq münasibətlərinə və tarixi faktlara təhdid kimi nəzərdən keçirilməlidir”.
Bunu hafta.az-a Milli Məclisin deputatı Jalə Əliyeva İran mediasının Azərbaycanı hədəfə alan çıxışları ilə bağlı açıqlamasında bildirib.
2023/05/f3856-1683186083.jpg
J.Əliyeva eyni zamanda qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi zəfərdən sonra Şərqi Zəngəzurun yenidən qurulması, tarixi torpaqlarımıza qayıdışla bağlı layihələrin həyata keçirilməsi ölkəmizin bölgədəki əhəmiyyətini artırıb. Azərbaycanın nailiyyətləri bir çoxlarını narahat edir. Davamlı olaraq ölkəmizə qarşı belə qərəzli təhdidedici fikirlərin şahidi oluruq.
J.Əliyeva bildirib ki, bu cür qərəzli çıxışlar bir daha onu göstərir ki, Azərbaycan haqq yolundadır. Prezident İlham Əliyevin də söylədiyi kimi heç bir təhdid, qarayaxma bizi yolumuzdan döndərə bilməz.