ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini yanvarın 20-də inauqurasiya mərasimi üçün Vaşinqtona dəvət edib.
Missiya.Az xəbər verir ki, bu barədə “CBS News” anonim mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Si Cinpin noyabrın əvvəlində bu dəvəti alıb.
Məlumata görə, Çin liderinin dəvəti qəbul edib-etmədiyi hələlik məlum deyil.
Daşqın HəsənovMissiya.Az