AZ

ABŞ-ın 67 illik ərazisini bu türk aldı

Ankarada illərdir ABŞ-a aid olan ərazi indi bir türkə məxsusdur.

Publika.az xəbər verir ki, 67 il ABŞ ərazisi olan Amerikanın Ankaradakı keçmiş səfirliyi satışa çıxarılıb.

23 hektar olan bu ərazini trabzonlu iş adamı Şemsettin Hancı alıb. Hancı ailəsi bu torpaqdan necə istifadə olunacağını dəqiq açıqlamayıb, lakin otel ola biləcəyi ilə bağlı iddialar var.

“Show Haber”in məlumatına görə, Hancı satış müqaviləsinin məxfi olduğunu bildirib. 20 milyon dollarlıq iddia ilə bağlı suala isə “Bu gün bu pulla belə bir yer almaq mümkün deyil” cavabını verib.

Seçilən
9
2
publika.az

3Mənbələr