“Boşanmalara bəzən ailələrin və yaxın qohumların da münasibətləri təsir göstərir. Düşünürəm ki, bəlkə də daha çox bu məsələ problem yaradır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, boşanmaların səbəbləri ilə bağlı media orqanları, qeyri-hökumət təşkilatları, müvafiq mərkəzlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də əlaqədar dövlət qurumları tərəfindən təhlillər aparılır:
“Təhlillər zamanı müxtəlif səbəblər meydana çıxır ki, bunlar, psixoloji, sosial, uyğunsuzluq, qərarın sürətli verilməsi kimi faktorlardır. Hesab edirəm ki, boşanma qərarını vermək insan həyatında ən vacib seçimlərdən biridir. Bu seçimi edərkın ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır. Bunun üçün isə maarifləndirmə və məlumatlandırma olmalıdır ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk. Boşanmaları aradan qaldırmaq üçün zamana, daha çox məlumatlandırmaya və məsuliyyət hiss etməyə vadar edən təbliğat aparmağa ehtiyac var.
Bunun üçün isə medianın dəstəyinə ehtiyac var”.
"Cebheinfo.az"