AZ

Kadırov Zelenskini hədələdi: Bu 4 yaralıya görə 400 ukraynalı öldürəcəyik!

Ötən gecə Çeçenistanın paytaxtı Qroznı şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarmasında pilotsuz uçan aparatın məhv edilməsi zamanı 4 hərbçi yaralanıb.

Modern.az xəbər verir ki, bunu respublika başçısı Ramzan Kadırov Teleqram kanalında yazıb

"Qvardiyanın 4 hərbçisi yüngül xəsarət alıb. Həmin vaxt növbətçi heyət bu cür hücumlardan qorunan ərazilərdə olub", - Çeçenistan rəhbəri bildirib.

Kadırovun sözlərinə görə, havada partlayan pilotsuz təyyarə damı zədələyib, pəncərələri sındırıb: “Bina ciddi ziyan görməyib. Ukrayna nasist komandanlığı xüsusi əməliyyatın nəhəng nəticələri barədə Qərb ağalarına hesabat versə, təəccüblənmərəm. Belə pafoslu hərəkətin yeganə mənası budur”, - deyə o bildirib.

“Çeçenistan Respublikasından olan bölmənin 84 min könüllü və döyüşçüdən ibarət ehtiyat qüvvəsi birinci əmrlə cəbhə xəttinə keçməyə hazırdır. Biz bunu belə buraxmayacağıq! Biz isə sırf bu 4 yaralıya görə 400 ukraynalı öldürəcəyik”, - Kadırov əlavə edib.

Seçilən
8
24
modern.az

10Mənbələr