Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə dekabrın 12-də saat 10:00-dan "Müşfiqabad”, "Ceyranbatan” və "Pirəkəşkül” qaz paylayıcı stansiyalardan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.