ATACMS əməliyyat-taktiki raketlərinin Taqanroqdakı hərbi aerodromda endirilən raket zərbəsi cavabsız qalmayacaq.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dekabrın 11-i səhər saatlarında Ukrayna Silahlı Qüvvələri tərəfindən Rostov vilayətindəki Taqanroq hərbi aerodromuna ATACMS raketləri ilə zərbə endirildiyini deyib. Nazirlik qətiyyətlə bildirib ki, Qərbin uzaqmənzilli silahlarının bu hücumu cavabsız qalmayacaq, müvafiq tədbirlər görüləcək.
Bəxtiyar CƏFƏRLİ