AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.
Msport.az xəbər verir ki, toplantıda bir sıra qərarlar qəbul olunub.
Premyer Liqasının XVI turunun oyunlarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.
Komitə müvafiq qərarlar verərək klubları cərimələyib.
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 43.7);
7 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Kəpəz” – “Zirə” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 73.1);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);
8 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” oyununda “Sumqayıt” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 43.7);