AZ

“Sumqayıt” azarkeşlərinə görə ziyana düşüb

“Sumqayıt” azarkeşlərinə görə ziyana düşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“Sumqayıt”ın cərimələnməsinə Misli Premyer Liqasında XVI turunda “Neftçi” ilə ev görüşü zamanı azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi və bu halın cari mövsümdə ikinci dəfə yaşanması səbəb olub. Nəticədə klub 500 manat ziyana düşüb. Meydan sahibləri həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalanadırıldığına görə 700 manat cərimələnib.

İntizam Komitəsi “Kəpəz” klubunu da cərimələyib. Buna XVI turda “Zirə” ilə baş tutan matçöncəsi iclasda təhlükəsizlik nümayəndəsinin iştirak etməməsi səbəb olub. Gəncə təmsilçisi 800 manat cərimələnib.

"Cebheinfo.az"

Seçilən
0
5
cebheinfo.az

6Mənbələr