Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, artıq İran İslam Respublikası da Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib:
“Bu da müsbət bir göstəricidir. Lakin qaranlıq qalan bir sıra məsələlər var. Birincisi, Suriya hansı sistemə köklənəcək, daxili qüvvələr gərək bu haqda bir konsensusa gəlsin. Federativ ölkəmi olacaq, yoxsa, unitar, məzhəblər və dini azlıqlarla münasibətlər necə qurulacaq – bu kimi məsələlər var. Hafiz Əsədin dövründən Suriyada konfessiyalarla bağlı bir konsensus var idi, bütün məzhəb və dini azlıq nümayəndələrinin hüquqları qorunurdu. Digər ərəb ölkələrində qeyri-müsəlmanlara qarşı təzyiqlər var idisə də, Suriyada bu, yox səviyyəsində idi. Yəqin ki, yeni sistemdə də bu nəzərə alınacaq”.
Ekspertin fikrincə, əsas məsələ odur ki, silahlı dəstələr atəş açmasınlar:
“Diplomatiya özünü çox məharətlə nümayiş etdirməlidir. Boşluqlar çoxdur. Fikrimcə, bu istiqamətdə diplomatiya öz imkanlarını genişləndirməlidir. Düşünürəm ki, bunun üçün zəmin var. Culani hakimiyyəti ələ keçirdikdən sonra fəal məsləhətləşmələrə başlayıb, məzhəb başçıları, yerli təşkilatlar və xarici ölkələrin nümayəndələri ilə. Ona görə də mənə elə gəlir ki, Suriyadakı qüvvələr gələcəklə bağlı qəti qərara gəlməlidirlər. Suriya xalqının taleyi mühüm məsələdir”.
Törə Zeynallı
Demokrat.az