AZ

Türkiyədən ABŞ-yə PKK şərti: “Ya sən bitir, ya da mən...”

Türkiyə ABŞ-yə Suriyanın şimalında Kürdüstan İşçi Partiyasına  (terrorçu PKK-ya) bağlı qüvvələrin mövcudluğuna son qoyması üçün xəbərdarlıq edəcək. 

“Cebheinfo.az” “CNN Türk-ə istinadən xəbər verir ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.

Məlumata görə, Türkiyə tərəfinin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq. 

Telekanalın Ankara bürosunun rəhbəri Dijle Canova deyib: 

“Mənə çatan məlumata görə, ABŞ-yə bir daha açıq şəkildə bəyan ediləcək ki, ya sən bununla məşğul ol, ya da biz lazım olan hər şeyi edəcəyik.

Xüsusilə Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə və PKK ilə onun Suriya qolu olanna dəstəyi dayandırmaq zərurətinə diqqət çəkəcək.

“Türkiyənin Suriyanın şimalı ilə bağlı əsas məqsədi əvvəlcə sərhəddə 30-40 km dərinlikdə təhlükəsizliyi təmin etmək olub. Bu məsələ ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olub, öhdəliklər götürülüb, amma yerinə yetirilməyib”, – jurnalist qeyd edir.

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr