AZ

Gürcüstan baş nazirinin istefası barədə məlumat təkzib edildi

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatları baş nazir İrakli Kobaxidzenin istefa verəcəyi barədə yayılan məlumatı təkzib ediblər.

Teleqraf.com xəbər verir ki, İrma Zavradaşvili və Vladimer Bojadze məlumatın yalan olduğunu bildiriblər.

Onların sözlərinə görə, İ.Kobaxidze Gürcüstan tarixində ən yaxşı hökumət başçılarından biridir və o, fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Tbilisi radiosu ötən axşam İ.Kobaxidzenin vəzifəsini tərk etməyə hazırlaşdığı barədə məlumat yayıb. Media qurumu iddia edir ki, onun istefaya göndərilməsi ölkədəki etirazların yatırılmasına hesablanıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
41
teleqraf.com

1Mənbələr