Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan uğurla işlər görür.
Busaat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, dəmiryolu tikintisinin böyük bir hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı isə işıər davam etdirilir.
“İranla əldə edilmiş razılığa əsasən Araz çayı üzərində körpü tikintisi davam edir. Belə olan halda Azərbaycanın Qərb hissəsi ilə, Naxçıvan arasında İran üzərində marşrutun yerinə yetirilməsi üzrə işlər davam edir”.
Qeyd edib ki, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi, Ermənistan üzərində marşrutun açılması razılaşmanın tam yetirilməsundən asılıdır ki, tam müsbət qərar yoxdur.