"Real"ın və İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
News24.az xəbər verir ki, ispan futbolçu ilə "Boka Xuniors"un maraqlandığı bildirilir. Argentina klubunun bossları komandada iki əfsanəni birləşdirmək istəyir. Hazırda "Boka"da çıxış edən uruqvaylı Edinson Kavani də Ramosun yolunu gözləyir.
Danışıqların yanvarda baş tutacağı gözlənilir. "Boka" klublararası dünya çempionatı öncəsi heyətini gücləndirmək istəyir.
Xatırladaq ki, turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.