AZ

Dəməşqdə İran səfirliyinin binasında alkoqollu içkilər tapıldı -FOTO

 

Suriyada Bəşər Əsəd hökumətinin süqutundan sonra sosial şəbəkələrdə İranın Dəməşqdəki səfirliyindən görüntülər paylaşılıb. Kadrlarda səfirlik binasının içərisində çoxlu sayda alkoqollu içkilərin olduğu görünür.

Milli.Az bildirir ki,  bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, görüntülərdə videonu qeydə alan şəxsin heyrəti də hiss olunur.

"Spirtli içkilər şəriət və din tərəfindən haram deyil? Bəs niyə İran İslam Respublikasının səfirliyində viski və başqa spirtli içkilər var?" - deyə videonu çəkən şəxsin sözləri eşidilir.

 

  •  
  •  
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
3
olaylar.az

3Mənbələr