AZ

Türkiyənin Aliağa limanı 60 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Aliağa limanı 61milyon 939 min 445 ton yük qəbul edib.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyəbayrağı altında üzən 3 milyon 275 min 481 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 58 milyon 663 min 964 ton yükdaşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Aliağa limanından 5 milyon502 min 508 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından5 milyon 956 min 963 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabraylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarındaTürkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyəbayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyənazirlikdən bildirilib.

Seçilən
2
17
az.trend.az

10Mənbələr