AZ

Ərdoğanın vasitəçiliyi ilə əldə olunmuş barışıqdan danışdılar

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd birgə mətbuat konfransında iştirak ediblər. Onlar Ərdoğanın vasitəçiliyi ilə barışıq əldə ediblər.

 

Sfera.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Həsən Şeyx Mahmud və Abiy Əhməd Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

 

Mahmud ölkəsi ilə Efiopiya arasındakı münaqişənin həllində göstərdiyi səylərə görə Türkiyə və ölkə Prezidenti Ərdoğana təşəkkür edərək bildirib ki, hazırda Efiopiya və Somali iki qonşu ölkədir: “Biz Türkiyənin səylərinə görə minnətdarıq. Somali gələcəkdə Efiopiyanın əsl dostu olacaq. Bu əlaqələr xalqımız üçün faydalı olmalıdır. Bölgəmizdə sülh və sabitlik bizim və xalqımız üçün birinci prioritetdir. Efiopiya və Somalinin ortaq cəhətləri çox, fərqləri isə məhduddur. Bölgəmizin əməkdaşlığımıza ehtiyacı var”.

 

Abiy Əhməd də çıxışında Ərdoğana və Türkiyə xalqına sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib: “Bu səylər bizi bir araya gətirdi və bu görüşü rəhbərlik səviyyəsində keçirdik. Biz təkcə qonşu dövlətlər deyil, həm də qardaşıq. Efiopiya və Somali ortaq tarix, dil və mədəniyyətə sahibdir. Somali dövlətinin təhlükəsizliyini təmin etmək və ölkəni terrorçulardan qorumaq üçün minlərlə Efiopiya əsgəri həyatını itirib. Əlbəttə, bu əslində üçüncü tərəfin müdaxiləsinə ehtiyac olmadan həyata keçirilə bilən bir ailə dialoqudur”.

 

Seçilən
6
2
sfera.az

3Mənbələr