AZ

Metroda eskalator iki yaşlı uşağın əlini parçalayıb

Rusiyada faciəvi hadisə baş verib. “Fontanka”nın yaydığı məlumata görə, iki yaşlı uşaq Sankt-Peterburq metrosuna girdikdən sonra xəstəxanaya yerləşdirilib. 

"Hadisə Lomonosovskaya stansiyasında baş verib. Balaca qız anası ilə eskalatorla yuxarı qalxarkən barmaqları pilləkənlərin arasında qalıb.

Hadisə yerinə gələn həkimlər zərərçəkəni Pediatriya Universitetinin Klinikasına göndəriblər. Həkimlərin sözlərinə görə, epidermis demək olar ki, bütün barmaqlardan qopduğu üçün mütəxəssislər uzun müddət yaraları müalicə etməli olublar. Daha sonra cərrahlar yaraları tikiblər.Bundan sonra antibakterial terapiya və yoluxucu xəstəliklərin profilaktikası təyin edilib”, - deyə universitetin mətbuat xidməti məlumat yayıb.

Hazırda balaca qız mütəxəssislərin nəzarəti altındadır.

Tural

Seçilən
36
news365.az

1Mənbələr