AZ

Liderlər ölməzdirlər!

Can Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi böyük ehtiramla və dərin hüznlə yad edirəm.

Hər bir xalqın tarixində müstəqil dövlət yaratmaq kimi əzəmətli vəzifəni öz üzərinə götürən Ümummilli Lideri olur. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür.

Can Azərbaycanı müstəqil və modern bir dövlət halına gətirən isə Ümummilli Lider Heydər Əliyevdir. Liderlər dünyasını dəyişsələr belə onların fikirləri sonsuza qədər yaşayacaq. Müasir Azərbaycan dövləti Ümummilli Liderin güclü fikirləri üzərində qurulub. Bu siyasət Ali Baş komandan Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türk dünyasınının dahi oğullarından olan Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkşaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyadakı rolunu və gücləndirdiyi dövlətçiliyi ortaya qoydu.

Ümummilli Lider Sovetlər Birliyi dönəmində türk xalqlarının birliyinin möhkəmləndirməsində mənəvi körpüləri qurmaq, ortaq dəyərləri birləşdirmək üçün böyük səylər göstərib.

Böyük qürurla qeyd edə bilərəm ki, Ulu öndər türk müsəlmanı olaraq SSR-də güclü siyasi düşüncəsi ilə seçilən 3 adamdan biri olub. O, Sovetlər Birliyi tərkibində yaşayan türk xalqlarının həmrəyliyi və əməkdaşlığı üçün hər zaman diqqət göstərib. Belə ki, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan arasında ədəbi-mədəni əlaqələri inkşaf etdirərək bu ölkələrdə mədəniyyət günləri, konsertlər, yubileylər və digər tədbirlərin baş tutmasında rolu olub. Mixail Qarbaçov Heydər Əliyevin ruhunun dərinliklərində hər zaman türkçülüyün və islamçılığın yaşadığını qeyd edirdi.

Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan ayrılaraq Naxçıvana köçdükdə Türkiyə ilə əlaqərini daha da yaxşılaşdırır. Elə bunun nəticəsində 1992-ci ildə iki xalqı birləşdirən ümid körpüsü açıldı. Mərhum Cümhuriyyət başqanı Süleyman Demirel ilə Heydər Əliyev arasında mükəmməl dostluq əlaqələri olub. Ulu öndərin 1993-cü ildə ikinci hakimiyyəti dönəmində  təkcə Azərbaycan üçün deyil, eyni zamanda digər türk dövlətlərinin inkşafı üçün bir fürsət oldu.  Zəngin dövlət quruculuğu və təcrübəsi ona türk dünyasının birliyi üçün böyük işlər görməyə imkan yaratdı. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Türkiyəyə rəsmi səfər edəndə orada rəsmi çıxış etmiş və türk xalqının sevgisini və hörmətini qazanmışdır. Ulu öndər "Azərbaycan və Türkiyə Bir Millət, İki Dövlətdir" şüarını bəyan etdi.  Heydər Əliyev 10 illik hakimiyyəti dönəmində həyata keçirtdiyi siyasi işlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli olub. Eyni zamanda, 1994-2001-ci illər arasında keçirilən türk dövlətləri rəhbərlərinin zirvə toplantılarından 6-sında iştirak edib. Həmin toplantılardakı çıxışlarda türk xalqları üçün vacib açıqlamalar edib.

2001-ci ildə gerçəkləşən və Heydər Əliyevin son dəfə iştirak etdiyi türk dövləti rəhbərlərinin zirvə toplantısında etdiyi çıxışlar türk ölkələri üçün bir nəsihət oldu. Böyük qürurla qeyd etməliyəm ki, cənab Prezident Ulu öndərin Qarabağla bağlı vəsiyətini yerinə yetirərək 30 il erməni işğalı altında olan torpaqları azad etmişdir. Eyni zamanda, 2009-cu il Naxçıvan zirvəsində başlayan və 2021-ci ildə İstanbulda türk dövlətlərinin quruluşu ilə bağlı mühüm məsələləri yerinə yetirdi. Bundan əlavə Vitse-prezident  Mehriban xanım Heydər Əliyev fondunu yaradaraq bir çox işlər görməkdədir. Onun sayəsində mühüm məsələlər öz həllini tapmış oldu. Bütün bu addımlar ölkənin nüfuzunu dünyada daha da artırdı. Qardaş Türkiyənin keçmiş səfiri olaraq, Ulu öndər Heydər Əliyevin əziz xatirəsini anır, ruhuna dualar oxuyur və böyük liderin siyasi davamçısı Prezident cənab İlham Əliyevə və Vitse-prezident, birinci xanım Mehriban Əliyevaya möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm.

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi

phrase_var_article.chosen
33
yeniazerbaycan.com

1phrase_var_article.sources