“Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O, prezident səlahiyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar. Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Bu gedişat Trampın xeyrinədir”.
Musavat.com Medianews.az-a istinadən xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb.
20 yanvardan sonra... 2" src="https://cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-340x255.avif" sizes="(max-width: 1627px) 100vw, 1627px" srcset="//cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-340x255.avif 340w, //cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-1024x768.avif 1024w, //cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-125x95.avif 125w, //cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-768x576.avif 768w, //cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy-1536x1152.avif 1536w, //cdn.medianews.az/2024/12/putin-v-zelensky-indycomp-copy.avif 2048w" alt="Trampdan ciddi XƏBƏRDARLIQ: 20 yanvardan sonra..." width="1627" height="1220" data-pin-no-hover="true" />Mərkəz rəhbərinin qənaətincə, Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-nin Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər: “Bu, Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Ona görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək”.
20 yanvardan sonra... 3" src="https://cdn.medianews.az/2024/12/thumbs_b_c_797d63b050476974db065e5b5a38a13e-375x211.jpg" sizes="(max-width: 1685px) 100vw, 1685px" srcset="//cdn.medianews.az/2024/12/thumbs_b_c_797d63b050476974db065e5b5a38a13e-375x211.jpg 375w, //cdn.medianews.az/2024/12/thumbs_b_c_797d63b050476974db065e5b5a38a13e-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/thumbs_b_c_797d63b050476974db065e5b5a38a13e-768x432.jpg 768w, //cdn.medianews.az/2024/12/thumbs_b_c_797d63b050476974db065e5b5a38a13e.jpg 864w" alt="Trampdan ciddi XƏBƏRDARLIQ: 20 yanvardan sonra..." width="1685" height="948" data-pin-no-hover="true" />E.Şahinoğlu söyləyib ki, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır: “Əsəd rejiminin yıxılması ilə ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa, ABŞ-nin PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələri ard-arda ələ keçirirlər”.
20 yanvardan sonra... 4" src="https://cdn.medianews.az/2024/12/12-375x211.jpg" sizes="(max-width: 1617px) 100vw, 1617px" srcset="//cdn.medianews.az/2024/12/12-375x211.jpg 375w, //cdn.medianews.az/2024/12/12-125x70.jpg 125w, //cdn.medianews.az/2024/12/12.jpg 700w" alt="Trampdan ciddi XƏBƏRDARLIQ: 20 yanvardan sonra..." width="1617" height="910" data-pin-no-hover="true" />Mərkəz rəhbərinin sözlərinə görə, D.Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var: “Tramp ABŞ-nin iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın Prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-də dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artırılmasına hədəflənib”.