AZ

Regionlararası dostluq əlaqələri dövlətlər arasındakı münasibətlərin inkişafının göstəricisidir

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün yalnız Həştərxan deyil, keçmiş SSRİ-nin bir çox regionlarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimləri keçirilir. Heydər Əliyevin həm Sovet İttifaqı dövründə yüksək vəzifə tutduğu zaman, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqların dostluğunun əsasını yaratmışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Həştərxan vilayətində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib. O bildirib ki, Ulu öndər Heydər Əliyev Rusiya ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi və dostluq əlaqələrini daim irəliyə aparırdı.

Bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Federasiyası və onun regionları ilə iqtisadi, ticari, siyasi, nəqliyyat, humanitar sahələrdə əlaqələrin inkişafını prioritet istiqamət hesab edir. Həştərxan Azərbaycanla yaxın vilayətdir və bu regionla iqtisadi ticarət əlaqələrinin inkişafı, perspektivləri hər iki dövlətin və xalqın maraqlarına uyğundur.

A.Fərzəliyev bildirib ki, Həştərxanda Azərbaycanın, Azərbaycanda isə Həştərxanın işgüzar mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər qarşılıqlı iqtisadi əlaqələrin qurulması və inkişafı qarşılıqlı sərmayə qoyuluşunu təmin edəcək. Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar və mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir.

Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda Həştərxan vilayətinin hədiyyə olaraq uşaq bağçasının inşa edilməsinin dostluq əlaqələrinin növbəti nümunəsi olduğunu deyən A.Fərzəliyev bildirib: “Dostluq münasibətləri dövlətlər arasındakı münasibətlərin inkişafının göstəricisidir”.

phrase_var_article.chosen
35
azertag.az

1phrase_var_article.sources