Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski CBN kanalına müsahibəsində Qərbin Gürcüstandakı mövcud vəziyyətə reaksiyasının yetərli olmadığını söyləyib.
Zelenski deyib: "Bu gün Gürcüstanda nə baş verdiyini görürsünüzmü? Bu barədə çox az danışırlar. Mən hazırda Amerikanın Gürcüstandakı vəziyyətə reaksiyasını zəif hesab edirəm. Hər şey çox bənxərdir. Gürcüstanın bir hissəsi işğal edilib. Onunla heç nə baş verməyib. Ora sadəcə Gürcüstanın ölü hissəsidir...
Bu gün isə onlar (Gürcüstan hakimiyyəti nəzərdə tutulur - red.) tamamilə Rusiya Federasiyasının idarəsi altındadırlar. Hesab edirəm ki, Birləşmiş Ştatlar ilə Avropa güclü olmadılar, Rusiyanı yerinə oturtmadılar... Bu gün onları Rusiyaya doğru getməyə məcbur edirlər. Belə şeylər baş verir.
İndi Birləşmiş Ştatlar hansı güclü tədbirləri gördü? Avropa Dövlətləri hansı sərt addımları atdılar? Mən görmürəm".
Hürr Tərcüman